Tarixin ən böyük dələduzu ÖLDÜ

15 Aprel 2021 11:04 (UTC+04:00)

Tarixin ən böyük "piramida zəncirini" yaratdığına görə mühakimə olunan Bernard Madofun federal bir həbsxanada öldüyü açıqlanıb.

Aznews.az xarici mediaya istinadən xəbər verir ki, Madof ABŞ-ın Şimali Karolina şəhərindəki Federal Tibb Mərkəzində dünyasını dəyişib.

Bernard Madof son zamanlarda böyrək və digər xroniki xəstəliklərdən əziyyət çəkirdi.

Keçən il vəkilləri 82 yaşlı Madofu Covid-19 epidemiyasına görə həbsdən çıxarmaq üçün məhkəməyə müraciət etmişdilər. O zaman ünlü dələduz böyrəklərinin iflas etdiyini və 18 ay ömrü qaldığını söyləmişdi.

Qeyd edək ki, o, "NASDAQ" birjasının keçmiş icraçı direktorudur və ABŞ tarixində ən böyük maliyyə fırıldaqçısı hesab olunur.

Madof 1960-cı ildə "Wall Street" firması "Bernard L. Madoff İnvestisiya Qiymətli Kağızlar Şirkəti"ni qurub.

11 dekabr 2008-ci il tarixində həbs olunana qədər şirkətdə prezident vəzifəsini icra edib. Firma "Wall Street"də ən yaxşı bazar istehsalçısı işlərindən biri idi.

O, ABŞ və Avropada lüks bir həyat yaşayarkən davamlı olaraq yeni müştərilər tapırdı. Köhnə müştərilərinə isə yığdıqları yeni pullarla ödəniş edərək klassik bir "xoşbəxtlik zənciri"ni yaşadırdı.

Lakin 2008-ci il maliyyə böhranında, müştərilərin nağd pula ehtiyacı yarandı və onlar sərmayələrini geri götürmək istədilər. Bu zaman xoşbəxtlik zənciri çökdü.

İnvestorlar Madofun kağız üzərində göstərdiyi qazanclarının əslində mövcud olmadığını öyrəndilər.

Dələduzun piramida zənciri böyüklüyü və uzun illər var olması ilə ABŞ və dünya tarixinə ən böyük saxtakarlıqlardan biri kimi düşüb.

İnvestorların real itkilərinin 18 milyard dollar olduğu iddia edilib.

Madof 29 iyun 2009-cu ildə ən çox -150 il həbs cəzasına məhkum edildi.

Aznews.az