Putin və Lukaşenko Qarabağı müzakirə ediblər

15 Aprel 2021 13:01 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dövlət başçıları ikitərəfli gündəmdə duran məsələləri müzakirə ediblər.

Tərəflər Belarus Prezidentinin Azərbaycana səfəri kontekstində Dağlıq Qarabağın nizamlanması mövzusuna da toxunublar.