İki gün öncə doğulan körpəsinin üzünü görmədən vəfat etdi

15 Aprel 2021 13:37 (UTC+04:00)

Azərbaycanlı qarmon ifaçısı Nəbi Məmmədov koronavirusdan vəfat edib.

Axşam.az xəbər verir ki, vəziyyəti ağır olan musiqiçi bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. N.Məmmədov bu gün günorta saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, mərhum musiqiçinin iki gün əvvəl övladı dünyaya gəlib. O, körpəsinin üzünü də görməmişdi.