“Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə buranı darmadağın edirdi?” - İtaliya Senatının komissiya sədri

15 Aprel 2021 19:27 (UTC+04:00)

İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli bu gün Ağdama səfər edib.

Bu barədə V. Petroçelli “Twitter” hesabından paylaşım edib.

"Mən Ağdamın qalıqlarını ziyarət etdim. Sual verirəm: Əgər Ermənistan buranı öz ərazisinin bir hissəsi hesab edirdisə, onda nəyə görə buranı darmadağın edirdi?", - deyə o yazıb.

Qeyd edək ki, Vito Petroçellinin rəhbərlik etdiyi İtaliya nümayəndə heyəti dünən Gəncə şəhərinə də səfər edib, Vətən müharibəsi zamanı Ermənistanın raket zərbələri endirdiyi yerlərə baş çəkib.(apa)

AzNews.az