Dağlıq Qarabağ problemi üzrə bəyanat qəbul ediləcək

14 İyun 2013 14:55 (UTC+04:00)
ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obama, Vladimir Putin və Fransua Olland G8 sammiti çərçivəsində danışıqların yekunu üzrə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul edəcəklər.

Bu barədə RF Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.

Uşakov bildirib: "100 faiz əminliklə deyə bilərəm ki, Obama, Putin və Olland Dağlıq Qarabağ problemi üzrə bəyanat qəbul edəcəklər".//trend//

AzNews.az