ABŞ-ın hərbi gəmiləri Qara dənizə dəmir ata bilmədi

15 Aprel 2021 23:23 (UTC+04:00)

ABŞ hərbi gəmilərini Qara dənizə göndərmək planı təxirə salınıb.

AzNews.az məlumat verir ki, bu barədə ABŞ-ın Türkiyədəki Səfirliyindən bildirilib.

Yada salaq ki, ABŞ iki hərbi gəmisinin İstanbul boğazından Qara dənizə çıxacağı ilə bağlı keçən həftə Türkiyəyə məlumat vermişdi.

O zaman söylənilirdi ki, ABŞ Donanması gəmilərini Qara dənizə göndərilməsi Ankara ilə imzalanmış Montre konvensiyası çərçivəsində olacaq və hərbi gəmilər may ayının 4-nə qədər Qara dənizdə qalacaq. Bu plan təxirə salınıb.

AzNews.az