Aİ nümayəndəsindən Azərbaycan və Ermənistana su anbarı təklifi

16 Aprel 2021 10:55 (UTC+04:00)

Ermənistan və Azərbaycan arasında əməkdaşlıq üçün etimad formalaşmalıdır.

Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib.

"Su anbarlarının, kanalların təmiri və saxlanmasına dair razılıq əldə olunarsa, Coğaz və Abbasbəyli su anbarları (hər iki su anbarı Qazax rayonunda yerləşir-red.) Ermənistan və Azərbaycanda əməkdaşlıq üçün yerli əhaliyə fayda gətirəcək yaxşı variantlardır. Bunun üçün isə tərəflər arasında inam və etimadın formalaşması vacibdir”, - deyə Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.

Qeyd edək ki, T. Klaar Ermənistana səfər edib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Aİ rəsmisinin Ermənistana səfəri başa çatıb./APA