Ermənistanda rus bazasının yerləşdiyi şəhərdə partlayış baş verdi

16 Aprel 2021 12:45 (UTC+04:00)

Ermənistanın Gümrü şəhərində ictimai iaşə obyektlərindən birində baş verən partlayış nəticəsində yanğın əmələ gəlib.

“Sputnik Armeniya” xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edlib. Hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, Gümrü şəhərində Rusiyanın 102 saylı hərbi bazası yerləşir./ Report