Ərdoğan və NATO Baş katibi Ukrayna-Rusiya gərginliyini müzakirə ediblər

16 Aprel 2021 18:27 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

CNN Türk-ün verdiyi xəbərə görə, tərəflər Ukrayna-Rusiya gərginliyini müzakirə ediblər.

Ərdoğan və Stoltenberq Əfqanıstan, Liviya, Şərqi Aralıq dənizi və digər regional məsələlər barəsində də fikir mübadiləsi aparıblar.

AzNews.az