Rəfiqələr hosteldə boğularaq öldü - Bakıda dəhşətli hadisə

16 Aprel 2021 22:29 (UTC+04:00)

Bakının Səbail rayonunda dəm qazından iki nəfər ölüb.

Hadisə “İst hostel”in hamam otağında baş verib.

Bakıdakı hostellərdən birinin müştərisi olan Dadaşova Ləman Əhməd qızı və onun rəfiqəsi dəm qazından boğularaq ölüb.

Hər iki qadının meyiti aidiyyəti üzrə təhvil verilib./APA