ÜST koronavirusun pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırır

17 Aprel 2021 09:00 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırıb.

"Lenta.ru"nun yaydığı xəbərə görə, baş direktor bildirib ki, dünya əhalisi yaxın zamanda koronavirusun yayılmasının pik nöqtəsinə çatacaq. Yoluxma və ölüm halları artmağa davam edir, buna görə də tezliklə maksimal rəqəmlər ortaya çıxacaq:

"Dünyada həftəlik yeni yoluxma hallarının sayı son iki ayda təxminən iki dəfə artıb və bütün pandemiya dövründə gördüyümüz ən yüksək yoluxma sayına yaxınlaşır".

AzNews.az