“Benfika“dan Kardoza ilə bağlı rəsmi açıqlama

14 İyun 2013 15:37 (UTC+04:00)
Son zamanlarda adı "Fənərbağça" ilə yanaşı hallanan Oskar Kardoza ilə bağlı məxsus olduğu klubdan rəsmi açıqlama verilib.

"Benfika"nın rəsmi saytından yayılan məlumatda bildirilir ki, hazırda futbolçu ilə bağlı heç bir klubla danışıqlar aparılmır.

Xatırladaq ki, türk mediasında böyük səs-küy yaratmış xəbərdə bildirilirdi ki, baş məşqçi ilə problemləri səbəbiylə futbolçu "Benfika"dan ayrılacaq.

Elvin
AzNews.az