Armendən Nikola daha bir tərs sillə

17 Aprel 2021 18:14 (UTC+04:00)

Ermənistan prezidenti Armen Sarkisyan Seçki Məcəlləsinə dəyişikliyi imzalamayıb.

Məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.

Məlumata görə, “Ermənistan Respublikasının Seçki məcəlləsinə” dəyişikliyin edilməsinə dair Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi haqqında 2021-ci il aprelin 2-də parlamentin qəbul etdiyi sənədi Armen Sarkisyan imzalamaqdan imtina edib. Qanun parlamentdə səs çoxluğu ilə qəbul edilmişdi./Report