Şahzadə Filip dəfn edilib FOTO

17 Aprel 2021 19:22 (UTC+04:00)

Böyük Britaniya Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filip bu gün Vindsor Sarayında müqəddəs Georgi kilsəsində dəfn edilib.

AzNews.az xəbər verir ki, dəfn koronavirus tədbirlərinə görə, ictimaiyyətə bağlı keçirilsə də, sarayın önündə yüzlərlə insan toplaşıb. Polis xüsusi təhlükəsizlik tədbirləri görüb.

Dəfn mərasimində 30 nəfər iştirak edib.

Qeyd edək ki, Edinburq Hersoqu Şahzadə Filip aprelin 9-da Vindzor qəsrində vəfat edib.