Prezident və xanımı Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib - FOTO

18 Aprel 2021 15:16 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalq artisti, rejissor Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib.

Aznews.az xəbər verir ki, əklillər vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşı Anjela Quliyevanın yanında dəfn edilən rejissorun məzarı önünə qoyulub.

Qeyd edək ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.