Messidən bir oyunda üç rekord

19 Aprel 2021 09:19 (UTC+04:00)

"Barselona"nın İspaniya Kral Kuboku finalında "Atletik Bilbao"nu 4-0 məğlub edərək kuboku 31-ci dəfə öz muzeyinə apardığı matç həm də Lionel Messinin yeni rekordları ilə yadda qaldı.

AzNews.az xəbər verir ki, matçda iki qol vuran argentinalı hücumçu 119 illik kubok tarixində 7 fərqli finalda qol vuran ilk oyunçu oldu.

"Barselona"nın kapitanı 10 final matçında 9 qol vuraraq Telmo Zarradan da üstün oldu və İspaniya Kral Kubokunun final tarixində ən çox qol vuran futbolçu rekordunu ələ keçirdi.

Lionel Messi həmçinin, ardıcıl 13-cü mövsümündə 30 qol həddini keçərək təkrarlanması çox çətin olan bir uğur qazandı.