Türkiyənin yeni səfiri bu gün Bakıya gəlir

19 Aprel 2021 11:34 (UTC+04:00)

Türkiyənin yeni təyin olunmuş səfiri Cahid Bağçı bu gün Azərbaycana gəlir.

AzNews.az-ın xəbərinə görə, bu barədə o, öz tvitter hesabında məlumat verib.

“Yeni bir vəzifə üçün səfərdəyik. Allah yolumuzu və işimizi yaxşı, məhsuldar və asan etsin, gücümüzü artırsın və köməkçimiz olsun”, - deyə səfir yazıb.