Güləşçimiz erməniyə qalib gəldi

19 Aprel 2021 15:46 (UTC+04:00)

Polşanın paytaxtı Varşavadakı güləş üzrə Avropa çempionatında Azərbaycan təmsilçiləri də mübarizəyə başlayıb.

AzNews.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançımız Əli Rəhimzadə 1/8 finalda qüvvəsini sınayıb. O, Ermənistan təmsilçisi Gevorq Tadevosyanla qarşılaşıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəhimzadə 1/4 finala vəsiqə qazanıb.