Elza Seyidcahanın banka külli miqdarda borcu üzə çıxdı

19 Aprel 2021 16:13 (UTC+04:00)

"Atam dostsevən olub, yeyib-içən biri idi. Atam hər zaman istəyirmiş oğlu olsun. Amma üç qızı doğulub. Atam Rusiyaya işləməyə gedib. Bir qohumumuz gəlib dedi ki, atanızın orada oğlu olub. Kaş olardı. Onu axtarırıq, interpola da vermişik. Tapsaq DNT analizi verəcəyik. Dörd bacının bir qardaşı olacaq".

AzNews.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. Müğənni atasının ikinci nikahdan olan oğlunu axtardığını bildirib:

"Atamı çoxdan bağışlamışam. Onu anam bağışlamaya bilər. Çünki anam istəyərdi yoldaşı yanında olsun. Anam bizim təhsilimizə güc verdi".

Müğənni bütün ziynət əşyalarının hazırda bankda olduğunu etiraf edib:

"Anamın evi söküldü, ona görə etdim. Novxanıda bağımız var idi, dələduzlar onu aldatdı. Anam düşünürdü ki, satıb bacılarıma ev alar. Sonra fikirləşdim ki, anama balaca ev alım. 25 min bankdan pul götürdüm. Ödəyirəm, amma hələ də borcum 29 mindir. Deyirəm ki, bəs, mən ödəyirəm borcumu, necə olur? Cavab verirlər ki, bizdə belədir".