Şəmkirdə baş verən yol qəzasında bir nəfər öldü

14 İyun 2013 19:00 (UTC+04:00)
Şəmkirin Kür qəsəbəsi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 17 radələrində qeydə alınıb. 1975-ci il təvəllüdlü Heybət Əliyevin idarə etdiyi "VAZ 2106" markalı avtomobillə 1962-ci il təvəllüdlü Ramiz Məmmədəliyevin idarə etdiyi "VAZ 21011" markalı avtomobil toqquşub. Qəza zamanı R. Məmmədəliyev dünyasını dəyişib.

Qəzaya səbəb kimi sürücülərdən birinin sərxoş olması göstərilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az