Ermənistanın İsraildəki səfiri "çirkli pul yumaqda" ittiham olundu

19 Aprel 2021 16:50 (UTC+04:00)

Ermənistanın İsraildəki səfiri Armen Smbatyana qarşı ittiham irəli sürülüb.

AzNews.az bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Səfir sui-istifadə hallarında, habelə çirkli pulların yuyulmasında ittiham olunur. O, Ermənistanın keçmiş Mədəniyyət naziri ilə əlbir hərəkət edib.

Belə ki, səfir keçmiş nazirə tarixi binaların olduğu torpaq sahəsinin qanunsuz qeydiyyatına kömək edib. Bina və torpaq sahəsi sonradan nazirin gəlininə məxsus ofşor şirkətə satılıb.

Toplanan sübutlar əsasında Smbatyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması maddəsi ilə ittiham irəli sürülüb.