Bazar günü 19 nəfərə vaksin vurulub

19 Aprel 2021 17:32 (UTC+04:00)

Azərbaycanda son sutkada 19 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 16 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 3 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1337380 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 889232 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448148 nəfərdir.