Şuşanın azad olunmasını Laçındakı könüllü döyüşçülər belə qarşıladı - VİDEO

19 Aprel 2021 17:10 (UTC+04:00)

27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsində laçınlı könüllülər fəal iştirak edib. Onların arasında birinci Qarabağ müharibəsinin döyüşçüləri, Laçın polisinin keçmiş əməkdaşları da var. Vətən savaşında könüllü iştirak edən zabitlərdən biri də Laçın rayonun sabiq icra başçısı və polis rəisi Akif Səlimovun oğlu Sənan Səlimov olub.

AzNews.az əldə etdiyi bu video Azərbaycan ordusunun işğaldan azad etdiyi Laçın rayonunun Türklər kəndində 8 noyabr 2020-ci ildə çəkilib. Əslən Laçından olan könüllü döyüşçülər Şuşanın azad olunması xəbərini həmin kənddə alır və müzakirə edirlər. Müzakirə zamanı zabit Sənan Səlimov Ali Baş Komandan İlham Əliyevi Şah İsmayıl Xətai ilə müqayisə edir.