56 maşın, yüzlərlə mühafizəçi, bir gəmi - Obama səfərə çıxır

14 İyun 2013 19:30 (UTC+04:00)
ABŞ prezidenti Barak Obamanın Afrika turnesi ölkəsinə 60-100 milyon dollara başa gələcək.

"The Washington Post"un məlumatına görə, səfər çərçivəsində təhlükəsizlik tədbirlərinə on milyonlarla dollar xərclənəcək.

Seneqal, CAR və Tanzaniyaya səfər ərəfəsində prezidentin təhlkükəsiliyi ilə məşğul olmaq üçün yüzlərlə agent göndəriləcək. Bundan başqa fövqəladə hallar üçün Afrikа sahillərinə tam təchiz edilmiş desant gəmisi də yerləşdiriləcək.

Həmçinin səfərdən əvvəl hava yolu ilə Afrikaya 14-ü limuzun olmaqla 56 avtomoblin gətirilməi planlaşdırılır. Bu siyahıya həmçinin sanitar maşını, rabitə cihazarı ilə təmin edilmiş avtomobil, kənar səsləri "udan" atomobil, prezident və xanımının qalacağı otellər üçün nəzərdə tutulan avadanlıqların daşınması üçün gülləkeçirməz 3 yük maşını da daxildir.
Tanzaniyada prezident və xanımının Safariyə planlaşdırılan səfəri isə təxirə salınıb. Bu səfər üçün onları vəhşi heyvanlardan qorunmaq üçün xüsusi snayperlərçilər xidmətə cəlb olunmalı idi.

Qeyd edək ki, səfər 26 iyun-3 iyul tarixində baş tutacaq.


Elnarə
AzNews.az