İrəvanda 50-dən çox kriminal avtoritet saxlanıldı

20 Aprel 2021 10:26 (UTC+04:00)

İrəvanda kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçirilib.

AzNews.az xəbər verir ki, bu barədə Ermənistanın "shamshyan.com" saytı məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 50-dən çox kriminal avtoritet saxlanılaraq müxtəlif polis şöbələrinə aparılıblar. Onların saxlanılma səbəbi açıqlanmır.

Qeyd edək ki, saxlanılanlar arasında “Pnduk”, “Kahin”, “Katsin”, Kyartu”, “Tzbex”, “Duşeş”, “İkibir” ləqəbli kriminal avtoritetlər var.