Ağdaşda fəhlə torpaq uçqununun altında can verdi - Dəhşət

14 İyun 2013 19:40 (UTC+04:00)
Ağdaş rayonunda torpaq uçqunu baş verib, bir nəfər ölüb.


APA-nın məlumatına görə, hadisə bu gün axşam saat 20:00 radələrində Ağdaş şəhərinin Zeynəddin küçəsində qeydə alınıb.

Rayonun Xosrov kənd sakini 1956-cı il təvəllüdlü İsayev İntiqam Bahadur oğlu şəhərin su-kanalisaziya xəttinin yenidən qurulması işlərini həyata keçirən zaman torpaq uçqununun altında qalıb.

Türkiyənin "ALKE" Tikinti-Sənaye Şirkətinin Azərbaycandakı nümayəndəliyinin işçisi olan İntiqam İsayev su-kanalizasiya borusunun çəkilişi üçün qazılan eni 2 metr, dərinliyi 3 metr olan quyunun divarlarının uçması nəticəsində qalın torpaq qatının altında qalıb. Dərhal əraziyə ağır texnika və canlı qüvvə cəlb edilsə də fəhlənin həyatını xilas etmək mümkün olmayıb. Torpaq uçqununun baş vermə səbəbi, hələlik, məlum deyil. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ötən ilin dekabrında Ağdaşda iki nəfər və bu ilin martında Göyçayda iki nəfər su-kanalizasiya xəttinin çəkilişi zamanı torpağın altında qalmışdı.

AzNews.az