Deputatın oğlu Polis Bölməsinə rəis təyin edildi

20 Aprel 2021 11:57 (UTC+04:00)

Deputat Aqil Abbasının daxili işlər orqanlarında çalışan oğlu Tuncay Abbasov yeni vəzifəyə təyin olunub.

AzNews.az-ın APA-ya istinadən məlumat verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Tuncay Abbasov Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edilərək, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

AzNews.az