ABŞ-ın Rusiyadakı səfiri Vaşinqtona qayıdır

20 Aprel 2021 12:27 (UTC+04:00)

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bu həftə Vaşinqtona gedəcək.

AzNews.az xəbər verir ki, bu barədə “Axios” saytı ABŞ Dövlət Departamentinə istinadən məlumat verib.

“Səfir Sallivan bu həftə ailəsini görmək və yeni administrasiya ilə görüşmək üçün ABŞ-a qayıdacaq. Vəzifəsində müddətsiz xidmət etməyə razılaşandan sonra onunla məsləhətləşmə aparmaq imkanı olmayıb”,- deyə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib. O qeyd edib ki, Sallivan yaxın həftələrdə yenidən Moskvaya qayıdacaq.

Bundan əvvəl “Axios” nəşri Sallivanın Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla görüşə çağrıldığını və ona Co Bayden administrasiyası ilə məsləhətləşmələr üçün Vaşinqtona qayıtmasının tövsiyə olunduğunu bildirmişdi.