Paşinyan iki nazir müavinini qovdu

20 Aprel 2021 13:09 (UTC+04:00)

AzNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nikol Paşinyanın əmri ilə Qor Melikyan yüksək texnoloji sənaye nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Baş nazirin başqa bir qərarı ilə Karen İsaxanyan ərazi idarəetmə və infrastruktur nazirinin müavini vəzifəsindən azad edilib.