Zakir Həsənov hərbi liseyin bir qrup əməkdaşını mükafatlandırdı

20 Aprel 2021 14:09 (UTC+04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına hərbi liseyin bir qrup hərbi qulluqçusunu və pedaqoji heyət üzvünü mükafatlandırıb.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi liseydə keçirilən tədbir zamanı nazirin məsələ ilə bağlı əmri oxunub və mükafatlar sahiblərinə təqdim edilib.