Ukrayna MTX yüksək hazırlıq vəziyyətinə gətirildi

20 Aprel 2021 16:18 (UTC+04:00)

Ukraynanın bütün vilayətlərində Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları yüksək hazırlıq vəziyyətinə gətirilib.

AzNews.az-ın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna MTX-nın mətbuat katibi Artem Dextyarenko bildirib.

Onun sözlərinə görə, ölkənin əksər vilayətlərində genişmiqyaslı antiterror əməliyyatları keçirilir.

A. Dextyarenko vurğulayıb ki, ölkə vətəndaşlarının müdafiəsi üçün Ukrayna MTX gecə-gündüz öz səylərini əsirgəmir.