İranda prezident Ruhaniyə qarşı ittiham

20 Aprel 2021 17:57 (UTC+04:00)

İrandakı bir qrup sünni siyasətçi prezident Həsən Ruhaniyə qarşı cinayət iddiaları ilə çıxış ediblər.

AzNews.az xəbər verir ki, iddiaçılar prezdenti sünnilərin Konstitusiya hüquqlarını təmin etmədiyi səbəbiylə Ali Məhkəməyə şikayət ediblər.

Qeyd edək ki, təxminən 83 milyon insanın yaşadığı İranda qeyri-rəsmi rəqəmlərə görə, sünni məzhəblərinə mənsub 15 milyon nəfər var.