Bu klub Avropa Super Liqasını tərk edir

21 Aprel 2021 10:26 (UTC+04:00)

Avropa Super Liqasını tərk edən ilk klub İngiltərə "Mançester Siti"si olub.

AzNews.az xəbər verir ki, bununla bağlı klub bəyanat yayıb.

""Mançester Siti" futbol klubu Avropa Super Liqasının həyata keçirilmə planlarını işləyən qrupdan çıxış proseduru yönündə işə başladığını rəsmən təsdiqləyə bilər", - deyə klubun açıqlamasında deyilir.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson öz sosial şəbəkə hesabında "Mançester Siti"nin bu addımını alqışlayıb.