Sürünərək yola çıxan yaralı qadının qatili görün kim imiş...

21 Aprel 2021 11:14 (UTC+04:00)

Dünən axşam saatlarında Türkiyənin İstanbul şəhərində hərəkətdə olan təcili yardım maşınının əməkdaşları bir qadının sürünərək yola çıxmağa çalışdığını görüb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, boğazından yaralanan qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Həkimlərin müdaxilələrinə baxmayaraq qadını xilas etmək mümkün olmayıb.

Polisin araşdırması nəticəsində qadının adı və yaşı müəyyənləşib. Ərazidəki təhlükəsizlik kameralarından 38 yaşlı Yıldız Gülü qardaşının yaraladığı məlum olub.

Saxlanılan şəxs qətli törətdiyini “namus məsələsi” deyərək etiraf edib.

Pərvanə