Merkelin partiyası kansler namizədini seçdi

21 Aprel 2021 11:26 (UTC+04:00)

Angela Merkelin “Xristian-demokrat ittifaqı” Partiyası federal hökumətə rəhbərlik üçün yeni namizədini seçib.

AzNews.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Partiyanın federal şurası 31 səslə Armin Laşetin kanslerlik üçün namizədliyini dəstəkləyib”, - deyə partiyadan bildirilib.