Avropa Parlamentinin Prezidenti: “Rusiya geri addım atmalıdır”

21 Aprel 2021 12:38 (UTC+04:00)

“Rus qoşunlarının Ukrayna sərhədi boyunca və qanunsuz ilhaq edilmiş Krım ərazisində yerləşdirilməsi narahatlıq doğurur”.

AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa Parlamentinin Prezidenti David Sassoli AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib.

“Gərginliyin de-eskalasiyası və Rusiyanın bir addım geri atmağı vacibdir. Onlar öz beynəlxalq öhdəliklərinə əməl etməlidir. Birgə bir-birimizi dəstəkləməli, sülhün möhkəmləndirilməsi istiqamətində çalışmalıyıq”, - deyə o vurğulayıb.