Azərbaycan boksçusu dünyada 73-cü sırada yer alıb

21 Aprel 2021 12:53 (UTC+04:00)

Ağır çəkili peşəkar boksçuların dünya reytinqi açıqlanıb.

AzNews.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidovun da siyahıdakı mövqeyi bəlli olub.

Həvəskarlar arasında üçqat dünya çempionumuz planetin 73-cüsüdür. Peşəkar rinqdə keçirdiyi 4 qarşılaşmada 3 qələbə qazanan və yalnız 1 dəfə uduzan Məcidovun aktivində 228,1 xal var.

Cədvələ Tayson Fyuri başçılıq edir. Böyük britaniyalı 901,6 xala malikdir. Onun həmyerlisi Antoni Coşua 680,9 xalla ikinci, ABŞ boksçusu Deontay Vilder 485,9 xalla üçüncüdür.