Azərbaycanlı prodüserə 6 il hökm oxundu
14 İyun 2013 21:40 (UTC+04:00)
Azərbaycanda tanınmış prodakşn rəhbərinə hökm oxunub.
AzNews.az xəbər verir ki, bu barədə anspress-ə prodüserin dostu Samir Xəttab açıqlama verib. Onun sözlərinə görə, bu gün Yasamal rayon Məhkəməsində 6 il iş kəsilən Emin Mansurov hazırda Kürdəxanı həbsxanasındadır.
Qeyd edək ki, şirkət rəhbəri olan Emin Mansurovu 2011-ci il sentyabrın 7-də qandallayıblar. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.
E.Mansurov bir qadının etimadını qazanaraq işə düzəltmə adı ilə 6000 manat pulunu alıb və verdiyi vədə əməl etməyib.
AzNews.az