8 yaşlı qız özünü başından güllələdi

21 Aprel 2021 15:24 (UTC+04:00)

Türkiyədə 8 yaşlı qız silahla özünü başından vurub.

AzNews.az xəbər verir ki, hadisə Adana şəhərində qeydə alınıb.

Belə ki, evinin mətbəxində oturan Rəfiqə Güclü silah səsi eşidib. Qonaq otağına gedən qadın qızı Mədinəni yerdə qanlar içərisində görüb.

Uşaq dərhal xəstəxanaya çatdırılıb və əməliyyat edilib. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polisin araşdırması nəticəsində Mədinənin atasının sənədsiz silahı ilə oynayarkən səhvən özünü vurduğu məlum olub.

Pərvanə