Xarici tələbə Bakıdakı “Cayra” hotelindən qovulub

21 Aprel 2021 17:14 (UTC+04:00)

Nigeriya vətəndaşı Bakıda hoteldən qovulduğunu iddia edir.

AzNews.az xəbər verir ki, Odlar Yurdu Universitetinin 3-cü kurs tələbəsi olan 2002-ci il təvəllüdlü Agona Viktor Chibueze müvəqqəti yaşadığı və İçərişəhərdə yerləşən “Cayra” hotelindən qovulduğunu bildirib.

O iddia edib ki, hotelin sahibi onun əşyalarını küçəyə atıb və bu zaman çantasındakı 1500 dollar oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.