Paşinyanın Zəngəzur səfərindən sonra cinayət işi başlanıb

21 Aprel 2021 18:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Ermənistanın Baş Prokurorluğu Baş nazir Nikol Paşinyanın Zəngəzura səfərinə qarşı baş vermiş etiraz aksiyaları ilə bağlı cinayət işi başlayıb.

TASS-ın verdiyi xəbərə görə, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün N. Paşinyanın ölkənin cənubuna, Syünik vilayətinə səfəri etirazla qarşılanıb. Bir qrup sakin Ermənistan hökumət başçısının Mehri şəhərini tərk etməsini tələb edib. N. Paşinyanı dəstəkləyən sakinlərlə etirazçılar arasında toqquşma baş verib.

AzNews.az