Aprel ayı üzrə sosial ödənişlər tam yekunlaşdı

22 Aprel 2021 10:25 (UTC+04:00)

Aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Bu barədə AzNews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumatda bildirilib.

Qeyd olunub ki, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.