Prezidentliyə gedən yol

15 İyun 2013 07:50 (UTC+04:00)



İran mətbuatının verdiyi ən son məlumata görə, ölkədə prezident seçkiləri uğurla sona çatıb. Hazırda səslərin sayılması davam edir.

Dünən səhər saatlarından başlayan seçkilər vaxtı uzadılmaqla gecə saat 23.00-dək davam edib. Daxili İşlər Nazirliyi bildirib ki, seçki sona çatandan dərhal sonra səslərin sayılması prosesi başlayıb və səhərə qədər davam edib.

İlkin nəticələrə görə 4,5 milyon səs sayılıb və Həsən Rihani 1, 4 milyn səslə irəlidədir. İkinci yerdə Tehran meri Məhəmməd Baqair Qalibarf, daha sonra Səid Cəlili, dördüncü yerdə Rzayi, beşinci yerdə isə Vilayəti durur.

DİN və valiliklərin məlumatına görə, İranın müxtəlif şəhərlərində əhalinin seçki fəallığı yüksək olub. DİN səsvermə müddətini iki dəfə artırmaq məcburiyyətində qalıb və bunu əvvəlki seçkilərdən daha çox fəallığın müşahidə olunması ilə əlaqələndirib.

Tehranda əhalinin fəallığının 70-75 faiz olduğu bildirilir. İsfahan, Xorasan, Şiraz kimi böyük vilayətlərdə də əhali yüksək seçki fəallığı nümayiş etdirib.

Səslərin sayım prosesi gün ərzində davam etdiriləcək. Nəticələrin dəyişmə ehtimalı istisna edilməsə də, hələlik H.Ruhaninin böyük səs fərqi onun liderliyini dəyişdirməyə bilər. Ancaq ikinci mərhələ ehtimalını tamamilə yox deyil.

Qeyd edək ki, H.Ruhani "Mübariz Ruhanilər Cəmiyyəti"nin üzvü, liberial-islahatçıdır. Əvvəllər Ali Təhlükəsizlik Şurasının sədri olub. Rəfsəncani və Xatəminin prezidentliyi dönəmində onların yaxın kadrı hesab edilib. O, həmçinin mühafizəkar kəsimə də yaxınlığı ilə tanınır.

Xatırladaq ki, səslərin 50 faizini heç bir namizədin toplamayacağı təqdirdə ikinci tur keçiriləcək. İlk iki yeri tutan namizəd ikinci turda yarışacaq.

Elnarə
AzNews.az