Rusiyada koronavirusdan ölənlərin sayı 107 mini ötüb

22 Aprel 2021 12:45 (UTC+04:00)

Rusiyada son sutka ərzində daha 8996 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

AzNews.az-ın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 736 121 nəfərə çatıb.

Son sutka ərzində 397 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 107 103 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.