Lukaşenko Rusiyaya getdi

22 Aprel 2021 14:12 (UTC+04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfər edib.

AzNews.az-ın məlumatına görə, bu barədə Belarus prezidentinin mətbuat xidməti bildirib.

A.Lukaşenkonun Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

Görüş zamanı ikitərəfli əməkdaşlığın, ticari-iqtisadi münasibətlərin inkişafının müzakirəsi nəzərdə tutulur.