AzNews.az xəbər verir ki, bu barədə Kreml açıqlama yayıb.
“Putin lazım bilsə, Ukraynanın görüş təklifinə cavab verəcək”, - deyə bildirilir.
Qeyd edək ki, V. Zelenski Ukrayna ilə Rusiya arasında mümkün qarşıdurmada milyonlarla insanın həyatının risk altında olduğunu vurğulayıb.
“Cənab Putin, mən daha da irəli getməyə və sizi müharibənin davam etdiyi Ukraynanın Donbas bölgəsinin hər hansı nöqtəsində görüşə dəvət etməyə hazıram” - deyə Ukrayna prezidenti əlavə edib.
Pərvanə