18 yaşlı gənc yol qəzasında xəsarət aldı

22 Aprel 2021 23:27 (UTC+04:00)

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Qafarov Abbas İlham oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol çiynin əziyi diaqnozu qoyulub.(Report)

AzNews.az