“Milan” İbrahimoviçlə müqaviləni uzatdı

23 Aprel 2021 09:08 (UTC+04:00)

İtaliyanın “Milan” futbol klubu isveçli hücumçu Zlatan İbrahimoviçlə müqaviləsini uzadıb.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti bildirib.

39 yaşlı oyunçu ilə yeni müqavilə bir mövsüm üçün bağlanıb. İbrahimoviç “Milan”da 2020-ci ildən çıxış edir, buna qədər o, komandanı 2010-2012-ci illərdə təmsil edib.

Cari mövsümdə isveçli 25 matçda iştirak edib, 17 qol vurub və üç nəticəli ötürmə edib.