BMT rəsmisindən ABŞ-a “soyqırımı” dərsi

23 Aprel 2021 10:13 (UTC+04:00)

“Əgər BMT-nin mövqeyindən danışsaq, soyqırımı faktı müvafiq məhkəmə instansiyası tərəfindən təsdiq edilməlidir”.

AzNews.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın qondarma erməni soyqırımını tanıması planlarını şərh edən BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik bəyan edib.

Qurum rəsmisi ötən əsrin əvvəllərində Osmanlı imperiyasında cərəyan edən hadisələri şərh etməkdən imtina edərək, onların BMT-nin yaranmasından xeyli əvvəl baş verdiyini qeyd edib.