Yuliya Timoşenko müxalifətin vahid namizədi oldu

15 İyun 2013 08:47 (UTC+04:00)
Ukraynanın birləşmiş müxalifəti 2015-ci ildə keçiriləcək seçkilərdə Yuliya Timoşenkonun namizdliyini irəli sürüb.

Bu barədə Ukrayna Radasında müxalifət fraksiyasının lideri Arseniy Yasenyuk məlumat verib. Müxalifət bu qərarını "tarixi qərar" adlandıraraq müxalifətin birləşməsi baxımından da mühüm addım kimi qiymətləndirib.

"Son 20 ildə ilk dəfə demokaratik qüvvələr sözdə yox, işdə biəşdilər" deyə Yasenyuk bəyan edib.

Qeyd edək ki, bundan əvvəl mətbuat hazırda həbsdə olan Timoşenkonun siyasətlə məşğul olmayacağı və ölkəni tərk edəcəyi təqdirdə azadlığa buraxıla biləcəyinin yazmışdı.

Elnarə
AzNews.az